top of page

GRAND HAYAT

Müştəri məmnuniyyəti prinsipini əsas tutaraq Yeni Hayat Şirkətlər Qrupu MMC istifadəçilərin arzu və ehtiyaclarına tam şəkildə cavab verən, münasib qiymət və uyğun şərtlərlə təqdim edilən yaşayış binaları, ticarət və əyləncə kompleksləri ilə hər kəsə rahat yaşam keyfiyyətini təqdim etmişdir. Yeni Hayat markası lyüks həyatın bütün atributlarını özündə cəmləşdirməklə yeni həyat və düşüncə tərzidir. Bakının memarlıq və inşaat inciləri olan Yeni Hayat Residence, Yeni Hayat Plaza, Azure Kompleksi şəhərin göz oxşayan inşaat lahiyələri sayılır. Hazırda inşası davam edən Park Azure Yaşayış Kompleksi isə yerləşməsi və binada qurulması nəzərdə tutulmuş xidmət sahələri ilə rəqiblərindən fərqlənən möhtəşəm inşaat layihəsidir. 
İnsanların lazımi ehtiyacalarını ödəyəcək bütün növ xidmətləri vahid məkanda cəmləşdirməklə, onları modern və yüksək keyfiyyətli yaşayış mənzilləri ilə təmin etmək məqsədi ilə Yeni Həyat Şirkətlər Qrupu növbəti Grand Hayat layihəsinə start verdi. Yeni Həyat Şirkətlər Qrupu MMC öz müştərilərinin arzu və imkanlarına əsasən Grand Hayat Yaşayış Kompleksindəki 1, 2, 3, 4 otaqlı komfortlu və müasir standartlara cavab verən kommunal xidmətlərlə təchiz olunmuş mənzillərin daha rahat və sadələşdirilmiş ipoteka şərtləriylə satışını təşkil edir. Bakının infrastruktur baxımından ən inkişaf etmiş ərazisində, Tbilisi pr., 1054 ünvanında təməli qoyulan Grand Hayat Yaşayış Kompleksi 24 yaşayış mərtəbəsi və 1920 mənzili olan 10 təkbloklu binadan ibarət kompleksdir. Burada sakinlər və qonaqlar üçün nəzərdə tutulmuş şəhərin 3 müxtəlif tərəfinə çıxışı olan avtodayanacaq, avtomobil yuma xidməti, 24 saat müştəri xidməti və 24 saat mühafizə xidməti mövcuddur.  

Sahəsi 30.000 m2 olan yaşıl parkda ağac və dekorativ bitkilər, rahat skamyalar və uşaqların kefinə kef qatacaq xüsusi oturacaqlarla təchiz edilmiş yellənçəklər sakinlərin asudə vaxtlarının daha səmərəli keçirməsi üçün düşünülmüşdür. Grand Hayat Yaşayış Kompleksi öz sakinlərini xəyallardakı komforta və rahat yaşam tərzinə qovuşduracaq. Burada 7S standartı tətbiq olunmaqla müasir yaşamın bütün elementləri  öz əksini tapıb. Yaşayış Kompleksinin mərkəzi isitmə, kamera nəzarəti (giriş - çıxışlara nəzarət) və digər xidmətlərlə təchizatı nəzərdə tutulub. 

İnşaat 2014-cü ildə başlanılmışdır və 3 il müddətinə, 2017-ci ildə tamamilə hazır şəkildə öz sakinlərinə istifadəyə veriləcək. Binaların təmirə təhvil verilmə tarixi isə mərhələli olmaq şərti ilə 2017-ci ili əhatə edir. 2018-ci il ərzində, kommunikasiya işləri, həyətyanı sahələrin abadlıq işləri, lift xollarının, mənzillərin təmir işləri görüləcək və (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən) mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarış (kupça) alınması üçün Grand Hayat MTK tərəfindən lazımi sənədlər sakinlərə təqdim olunacaq. 

bottom of page