





YENİ HAYAT ŞİRKƏTLƏR QRUPU
Yeni Hayat Şirkətlər Qrupu MMC 2002- ci ildən fəaliyyətə başlayaraq yeni layihələrə uğurlu imzasını atmış ən qabaqcıl şirkətlərdən biridir. Şirkət öz fəaliyyətinə ilk olaraq inşaat sahəsindən başlamışdır.
Bugün Azərbaycan inşaat sektorunun ən öncül və yenilikçi şirkətlərindən biri də Yeni Hayat Şirkətlər Qrupudur. Azərbaycanda ilk dəfə yaşayış və biznes sahəsini eyni kompleksdə yerləşdirərək komplekslilik anlayışına fərqlilik qatan Yeni Hayat Şirkətlər Qrupu tək bununla kifayətlənməmişdir və digər layihələrində insanların gündəlik ehtiyaclarını, istirahət, təhsil, sağlamlıq kimi zəruri tələblərini də qarşılayacaq xidmətləri bir kompleksdə yerləşdirməklə komplekslilik anlayışına hər layihəsində daha geniş yer vermişdir.
Şirkətin təməlində və əsasında duran, brend dəyərləri olan Yerləşmə, Keyfiyyət, Dizayn, Komplekslilik ərsəyə gətirdiyi bütün layihələrdə, fəaliyyət sahəsindən asılı olmayaraq bütün işlərində tətbiq olunur və dövrün, eləcə də müştərilərin tələblərinə uyğun olaraq inkişaf etdirilir.
Yeni Hayat Şirkətlər Qrupu hal-hazırda bir neçə şirkətin təsisçisidir və özündə aşağıdakı şirkətləri birləşdirir:
- Familyland MMC
- Hayat Management
- Park Azure MTK
- Hayat Palace MTK
- Grand Hayat MTK
Yeni Hayat Şirkətlər Qrupuna məxsus olan Yeni Hayat Residence, Yeni Hayat Plaza, Azure Kompleksi hazırda Bakının memarlıq və inşaat inciləri sayılır.
Hazırda inşası davam edən Park Azure Yaşayış Kompleksi isə yerləşməsi və binada qurulması nəzərdə tutulmuş xidmət sahələri ilə rəqiblərindən fərqlənən möhtəşəm inşaat layihəsidir.
Şirkətin əsas qaydalarından biri və uğura istiqamətləndirən dəyərlərindən biri Keyfiyyət anlayışıdır. Sözsüz ki, sistemli inkişaf üçün keyfiyyətin qorunub saxlanması labüddür. Buna görə də Yeni Hayat Şirkətlər Qrupu keyfiyyətin təşkilini də, nəzarətini də sistemli şəkildə qurmuşdur.
GRAND HAYAT MEDİADA
Bakı, 17 Dekabr 2015 - MARJA.AZ
Ev almağa gedirsinizsə, ayaq saxlayın – 20 illik ipoteka!
Bu gün çoxları, “qiymət enibsə ev almağın əsl vaxtıdır” deyə düşünür. Bu yanaşmada həqiqət var, amma, hər zaman ucuz evin alınması heç də udmaq demək deyildir
Bakı, 16 Noyabr 2015
Ipoteka ilə mənzil almaq istəyənlər üçün Yeni Hayat şirkətindən əla xəbər!
Yeni Hayat Şirkətlər Qrupu "Grand Hayat" Yaşayış Kompleksində mənzillərin 20 il müddətinə sərfəli İpoteka şərtləri ilə satı�
БАКУ, 11 октября 2014 - DAY.AZ
Состоялся концерт «Бу шехерде»
Им снова удалось развеселить и развлечь зрителей. Вчера актеры «Бу шехерде» выступили во Дворце Гейдара Алиева с ко
БАКУ, 11 октября 2014 OXU.AZ
Состоялся концерт «Бу шехерде»
Вчера актеры «Бу шехерде» выступили во Дворце Гейдара Алиева с концертной программой «UZİ-n ağ olsun»....
15 May 2014 - APA.AZ
“Grand Hayat” yeni mənzil, yeni həyat tərzi.
Fəaliyyətinə 2002-ci ildə başlayan “Yeni Həyat” Şirkətlər Qrupu bir sıra uğurlu layihələri ilə inşaat sektoruna yeniliklər gətirərək lider mövqelərindən birini tuta bilib...
15 May 2014 - MILLI.AZ
Arzularınızın memarı "Yeni Hayat" yeni layihəsini təqdim etdi.
Fəaliyyətinə 2002-ci ildə başlayan “Yeni Həyat” Şirkətlər Qrupu bu gün artıq Azərbaycanın inşaat sektorunun liderlərindən biri sayılmaqdadır. Ötən illər ərzində şirkət bir sıra uğurlu layihələrə imza ataraq....
БАКУ, 15 мая – 1NEWS.AZ
"GRAND HAYAT" – Там где сбываются мечты.
GRAND HAYAT - новый проект группы компаний YENİ HAYAT был представлен 14 мая на пресс-конференции в Four Seasons Hotel...
Bakı,14 May 2014 - MARJA.AZ
Bakıda orta sinif üçün nəhəng yaşayış kompleksi.
Azərbaycanın inşaat sektorunda öncül şirkətlərdən biri olan “Yeni Həyat”, növbəti böyük layihəsinin - “Grand Hayat” yaşayış kompleksinin təqdimatını keçirib....

1S - BİNAYA TAM XİDMƏT
Müasir dövrün artan tələbatlarının təmin olunması üçün tətbiq olunan 7s konsepti komfortlu yaşam tərzinin bütün elementlərini özundə birləşdirir. Bu standartın əsas elementlərindən biri həyatınızın rahat olduğu qədər də etibarlı olmasını təmin etməkdir.
Standartın tələbləri:
-
24 saat təhlükəsizlik xidməti
-
24 saat giriş-çıxışa nəzarət xidməti
-
Binaya təmizlik xidməti
-
Binada müştəri qarşılama xidməti
-
Binada müştəri xidmətinin təşkili
2S - TƏMİRLİ MƏNZİLLƏR VƏ HƏR MƏNZİLƏ QARAJ
Hər bir insan daim rahat və komfortlu mənzil arzusundadır. 7S konseptinin daha bir elementi təmirli mənzillərin əldə olunmasına yönəlmişdir. Məhz bu element insanların vaxtına qənaət edərək bir başa tam komfortlu mənzilə sahib olmağa şərait yaradır. Bu komfortu tamamlayan geniş tutumlu yeraltı dayanacaq isə avtomobilinizin daim nəzarət altında olmasını və təhlükəsizliyinin təmin olunmasına şərait yaradacaqdır.
Standartın tələbləri:
-
Mənzillərin təmirli şəkildə əldə edilməsi imkanı
-
Mənzil sahibinin minimum bir qaraj əldə etməsi imkanı
3S - HƏYƏTYANI İSTİRAHƏT PARKI
7S standartının elementlərindən biri - insanların açıq havada istirahətini təmin edə biləcək yaşıl sahənin olmasıdır.
Standartın tələbləri:
-
Ümumi sahədə açıq həyətyanı sahənin olması
-
Yaşıl sahənin olması
-
İstirahət parkının olması
QEYD: Ümumi sahənin 50%-ni həyətyanı istirahət parkı təşkil etməsi təqdirəlayiqdir.
4S - HİPERMARKET
Gündəlik tələbat məhsullarınızı daim yenilənən, zəngin çeşidə malik olan hipermarketdən əldə edə bilərsiniz.
Standartın tələbləri:
-
Gündəlik ehtiyacların qarşılanması üçün Hipermarketin olması
5S - İDMAN VƏ SAĞLAMLIQ MƏRKƏZİ
Sağlamlığınıza və əhvalınıza töhvə verə biləcək fitness və spa salonları daim xidmətinizdədir.
Standartın tələbləri:
-
Qadın və kişilər üçün ayrıca Spa Mərkəzi
-
Qadın və kişilər üçün ayrıca Fitness Mərkəzi
-
Qadın və kişilər üçün ayrıca hovuz
6S - UŞAQ BAĞÇASI VƏ MƏKTƏBƏQƏDƏR TƏHSİL
Müasir avadanlıqlarla təchiz olunmuş uşaq bağçasında övladınızın inkişafı və sağlam böyüməsini təmin edə biləcək peşəkar pedaqoqlarla təlimlərin keçirilməsi.
Standartın tələbləri:
-
Uşaq bağçasının olması
-
Məktəbəqədər Təhsil Mərkəzinin olması
QEYD: Uşaq bağçası və ya məkətəqədər Təhsil Mərkəzinin olması şərtdir.
7S - ƏYLƏNCƏ MƏRKƏZİ VƏ İAŞƏ OBYEKTLƏRİ
Ləzzət dolu anlar yaşamaq üçün günün istənilən saatında dəyər verdiyiniz insanları bir süfrə başına toplayıb istirahət edə biləcəyiniz gözəl iaşə obyektləri daim xidmətinizdədir. Həftə içi bol-bol əylənə biləcəyiniz Əyləncə Mərkəzindən zövq alaraq unudulmaz anlar yaşayacaqsınız!
Standartın tələbləri:
-
Əyləncə Mərkəzinin olması
-
Sakin və qonaqlar üçün restoran və kafelər
QEYD: Restoran və kafelərdəki oturacaqların ümumi sayı mənzil sayının 10% nisbətində olmalıdır.