top of page

Yeni Günəşli

Təmizliyi və gözəl havası ilə seçilən Günəşli qəsəbəsində tikilən yaşayış kompleksində 1, 2 və 3 otaqlı tam təmirli mənzillər təklif edirik. Yeni Günəşli qəsəbəsinin “D” yaşayış massivində tikilməkdə olan binalarımızdan metronun“Əhmədli” və “Xalqlar Dostluğu” stansiyalarına olan məsafə çox uzaq deyil.

Kompleksin yaxınlığında isə yeni metro stansiyası istifadəyə veriləcək. Digər binalarımızda olduğu kimi bu binalarda da müştərilərmiz üçün arzuladıqları rahat şəraiti yaratmışıq. Mənzilləri bütün zəruri şeylərlə təmin olunmuş şəkildə təhvil veririk. Bu yaşayış kompleksinin mənzillərindən dənizə gözəl mənzərə açılır və bu da kompleksimizə xüsusi dəyər verir.

Binadakı borular Türkiyənin tanınmış brendi olan “Firat” şirkətinin məhsuludur. Yaşayış kompleksinə elektrik xəttləri çəkilərkən istifadə olunacaq kabellər isə Türkiyənin “İmkacable” şirkətinindir. Binanın divarlarının suvanmasında “Mətanət A” sementi işlədiləcək. Kompleksin inşasında zəlzələyə davamlılığı təmin etmək üçün Ukrayna istehsalı yüksək keyfiyyətli, kimyəvi qatqısız “B-25” betonundan istifadə edəcəyik. Betonun daha keyfiyyətli və hamar olması üçün istifadə olunan qəliblər Almaniyanın məşhur “Peri” şirkətinə aiddir. Tikintidə istifadə olunan yüksək keyfiyyətliarmaturlar Ukraynda istehsal olunub.

Yaşayış kompleksində binaları fasiləsiz elektrik enerjisi ilə təmin edəcək generatorlar da nəzərdə tutulmuşdur. Mənzillərin isidilməsini təmin edən mərkəzləşdirilmiş istilik sistemi isə İtaliyanın “Immergas” firmasınındır. Giriş qapıları Türkiyə malıdır, daxili qapıları isə Belarus istehsalıdır. Buradakı mənzillərdə döşəmələrə İndoneziya istehsalı parlaq parket düzüləcək, divarlara isə İtaliya malı olan parça tərkibli divar kağızı çəkiləcək. Mənzillərdə bütün hamam aksesuarları Türkiyənin “ECA” şirkətinə aiddir, alman texnologiyası ilə istehsal olunmuş “PVC” plastik pəncərələr və İspaniya istehsalı olan kafel-metlaxdan da istifadə ediləcək.

Sakinləri mənzillərinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla (kupça) da təmin edəcəyik.

Yaşayış kompleksimizdə sakinlərin istirahəti üçün uşaq əyləncə mərkəzi, yaşıllıqlar və çoxillik ağaclardan ibarət geniş park da istifadəyə veriləcək. Yaşayış kompleksində sakinlərin istifadəsinə yerli və xarici telekanalların çıxışını təmin edəcək rəqəmsal-peyk yayım sistemi, telefon və internet xəttləri də veriləcək. Sakinlər xüsusi qurğularda təmizlənmiş isti və soyuq su ilə fasiləsiz təmin olunacaqlar.

Bütün yaşayış kompleksinin təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti tərəfindən fasiləsiz sürətdə təmin olunacaq. Komendant xidməti sakinlərin gündəlik məişət qayğılarının azalmasına xidmət edəcək.

Avtomobillərin təhlükəsizliyini təmin edən yeraltı avtodayanacaqdan Türkiyədə istehsal olunmuş alman və italyan mühərrikli liftlər vasitəsilə birbaşa mənzillərinə qalxma imkanına malik olacaq sakinlərimiz özlərini rahatlığın və keyfiyyətin tam mərkəzində hiss edəcəklər.

Şəhər mərkəzindən 16 km məsafədə.

H.Əliyev Beynəlxalq Hava limanına 20 km məsafədə.

Yerləşən binalar həm şimal həm də cənob istiqamətində dəniz mənzərəlidir. Həmçinin binanın cənob istiqamətində şəhər mərkəzi və dəniz kənarı bulvara açılan gözəl mənzərəsi var.

Hazırda bu layihədə başa çatmış və inşaatı davam edən binalar mövcuddur.

Layihədə ən kiçik mənzilin sahəsi 41,2 kvm-dir.

 

10 aya hazır olacaq binada 1 kv.m -1220 AZN

6 aya hazır olacaq binada 1 kv.m -1400 AZN

bottom of page