top of page

Xırdalan

H. Əliyev prospekti 30 ünvanında tikilmiş kompleks 1, 2 və 9 nömrəli orta məktəblərin yaxınlığındadır. 2013 –cü ildə təməli qoyulmuş bina yaşayışa tam hazır 1, 2 və 3 otaqlı mənzillərdən ibarətdir. Şirkətimiz bu layihəsində sakinlərin təklif və istəklərini, xüsusən də gənc ailələri nəzərə alaraq daha fərqli funksiyalarla zəngin bir kompleks yaratmışdır.

“Kristal Abşeron” burada da mənzil sahiblərinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) verir.

Ukrayna istehsalı armatur və kimyəvi qatqısız “B25” markalı beton ilə zəlzələyə davamlı tikilən binaların pilləkan və dəhlizlərinə mərmər döşənib. Binaların bayır divarlarına isti və soyuğu keçirməyən xüsusi izolyasiya qatı çəkilib. Binada Türkiyənin məşhur “Firat ” boruları işlədilib.

Tavanının hündürlüyü 3 metr olan mənzillərin giriş qapıları Türkiyə, daxili qapıları isə Belarus istehsalıdır. Bütün mənzillərin pəncərələri Almaniya istehsalı olan plastik “PVC” , sanitar qovşağının kafel-metlaxı isə İspaniya malıdır. Döşəmələri Indoneziya istehsalı parket olan mənzillərə İtaliya istehsalı olan parça tərkibli divar kağızları da çəkilmişdir. Mənzillər Türkiyənin “E.C.A.” firmasının hamam aksesuarları və istilik radiatorları ilə təmin olunub.

Binalarda mərkəzləşdirilmiş rəqəmsal peyk yayım sistemi, telefon ve internet xətti də mövcuddur. Mənzillər xüsusi qurğularla təmizlənmiş isti və soyuq su ilə daimi təmin edilir. Evləri qızdıran mərkəzi istilik sistemi İtaliya malıdır. Kompleksdə mühərrikləri İtaliya istehsalı olan Türkiyə liftləri quraşdırılıb.

Burada yorğun iş həftəsindən sonra dincələcəyiniz idman və sağlamlıq mərkəzi, müasir tələblərə cavab verən tibb məntəqəsi, uşaqlarınız üçün rahat və ən əsası evinizə yaxın bağça, mənzilinizə birbaşa çıxışı olan yeraltı avtomobil dayanacağı, həmçinin ticarət və iaşə obyektləri də fəaliyyət göstərəcək.
Yaşayış kompleksində sakinlər üçün sahəsi 1 hektardan artıq çoxillik ağaclardan və yaşıllıqdan ibarət fəvvarəli geniş park salınacaq, müasir kinoteatr, kafe və restoranlar fəaliyyət göstərəcək. Uşaqlar üçün oyun və futbol meydançası salmağı da unutmamışıq.

Binalardakı təhlükəsizliyi qoruyucu kameralar və mühafizə xidməti təmin edir.

 

Kristal Abşeronun ən geniş Layihəsi olan bu layihə Xırdalan şəhərinin mərkəzi olan Heydər Əliyev Prospektində yerləşir.

Hazırda bu ərazidə inşaası başa çatmış yaşayışa hazır və inşaası davam edən mənzillər var.

Layihənin daxilində məktəb, tibb mərkəzi , idman meydançası bir sözlə sakinlərin rahatlığı üçün hər cürə şərait mövcuddur.

Bu mənzil layihəsindəki ən kiçik mənzil 27,7 kvm studio apartamentdir.

 

12-15 aya hazır olacaq binada 1 otaqlı 1185-1188 AZN ,2 otaqlı-1171 AZN ,3 otaqlı-1165 AZN ,4 otaqlı 1160 AZN

bottom of page