



Bayıl
Səbail rayonu Bibiheybət qəsəbəsi Bayıl yaşayış massivinə çəkilmiş yeni yolun sol kənarında inşa edilən bu yaşayış kompleksindən metronun “İçəri Şəhər” və “Sahil” stansiyalarına 5 dəqiqə ərzində çatmaq olur. Həyətində geniş yaşıllıq sahədə uşaq meydançası və ikimərtəbəli müasir uşaq bağçası olacaq bu layihənin 2017-ci ilin əvvəllərində istifadəyə verilməsi planlaşdırılmışdır.Hər biri 16 mərtəbəli olan 3 binadan ibarət yaşayış kompleksinin yaxınlığında bir neçə tam orta məktəb yerləşir. Kompleksin tərkibindəki binaların tikintisində zələzələyə davamlı, qatqısız, yüksək keyfiyyətli “B25” markalı betondan və Ukrayna istehsalı olan armaturdan istifadə olunur. Beton hazırlanan zaman onun hamarlığını təmin edən qəliblər Almaniyanın məşhur “Peri” şirkətinin məhsullarıdır. Tikintidə isitifadə edilən Türkiyə malı elektrik kabelləri beynəlxalq standartlara cavab verən “İmkacable” şirkətinindir.Layihədə Türkiyə brendi olan “Firat” borularından istifadə olunacaq. Mənzillərə Almaniya malı plastik “PVC” pəncərələr quraşdırılacaq. Mənzillərin giriş qapıları Türkiyə, otaq qapıları isə Belarusiya istehsalıdır. Bina ikiqat daş üzlüklə izolyasiya olunacaq. Müasir avadanlıqlardan ibarət mərkəzi istilik sistemi istifadəyə veriləcək.Mənzillərdəki parça tərkibli divar kağızları İtaliyada istehsal olunmuş yüksək keyfiyyətli “Limonta” firmasına aiddir, hamam aksesuarları isə Türkiyənin dünyaca məşhur “E.C.A.” şirkətinin istehsalıdır. Hamamların kafel-metlağı İspaniyadan alınır. Binanın suvanmasında “Mətanət A” sementi işlədilir.Hər bir mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (kupça) verilir.Sakinləri avtomobillərini saxlamağa yer axtarmaq qayğısından azad edəcək dayanacağın da istifadəyə verilməsi nəzərdə tutulur.Yaşayış kompleskində 24 saat mühafizə xidmətinin və kamera nəzarət sistemlərinin olması sakinlərin təhlükəsizliyinə zəmanət verəcək, komendant xidməti isə sakinləri xırda məişət qayğılarından azad edəcək.

Səbayıl Rayonun ərazisində yerləşən layihə sakinlərinə elit və çiçəklənən bir ərazidə yaşamaq imkanı verir. Layihəyə ayaq məsafəsində olan Bibi Heybət məhcidi , Su idmanı mərkəzi, və dəniz kanarı milli parkın olması parlaq gələcəydən xəbər verir
Bina ilə Azneft meydanı arasındakı məsafə avtomobillə 7 dəqiqə,
Sağlam həyat tərzini seçənlər isə 45 dəqiqəyə Bakının gözəl bulvarı ilə gəzərək Azneft meydanına gedə bilərlər
Lyihənin bir üstünlüyü də ondadır ki bu binalar təmirli şəkildə sakinlərə təhvil verilir.
3 binadan ibarət layihədəki binaların hər üçü dəniz və şəhər mənzərəlidir.
Layihədəki ən kiçik mənzil 53 kvm-dir.
12-18 aya hazır olacaq bnada 1 kv.m :1 otaqlı- 1480 AZN ,2və 3 otaqlı-1410 AZN